11-Cİ SİNİF BURAXILIŞ (QƏBUL)
Tədris mərkəzimiz 11-ci sinif şagirdləri üçün azərbaycan və rus bölmələri üzrə buraxılış imtahanına hazırlıq proqramı təqdim edir!
Proqram üzrə 3 fənndən dərslər keçirilir:
✓ Ana dili
✓ Riyaziyyat
✓ İngilis dili
Dərslər fərdi və qrup şəklində, hər bir şagirdin fərdi potensialına uyğun qaydada tədris olunur. Müəllimlərimiz öz ixtisasları üzrə peşəkar pedaqoqlardır və şagirdlərimizin yüksək nəticə əldə etmələri üçün lazımi köməkliyi göstərirlər.

Kurs boyu sınaq imtahanları təşkil olunur və şagirdlərimizin öyrəndikləri biliklərin yoxlanması məqsədini daşıyır.
Ayrıca kurs iştirakçılarımızın davamiyyət məsələləri, dərslərə hazırlıq səviyyələri və imtahan nəticələri ilə bağlı valideynlərə davamlı olaraq məlumat verilir. Bu əsasda məqsədimiz şagirdlərimizin dərslərə məsuliyyətinin artırılması və tədris keyfiyyətinin inkişaf etdirilməsidir.
11-ci sinif buraxılış imtahanında yüksək nəticə əldə etmək istəyirsinizsə, kursumuza müraciət edin və arzuladığınız nəticəni əldə edəcəyinizdən əmin olun!
Ən Çox Soruşulan Suallar
Kursunuzda təqdim edilən dil xidmətlərinə nələr daxildir?
Kursumuzuda təqdim edilən dil xidmətlərinə ümumi ingilis dili, uşaqlar üçü ingilis dili, korporativ ingilis dili, onlayn ingilis dili, fərdi, qrup, intensiv ingilis dili xidmətləri daxildir.
Fərdi dərslər həftədə neçə dəfə təşkil olunur?
Midcourse/Final exam
Fərdi dərslər həftədə 2 dəfə 90 dəqiqə olmaqla həyata keçirilir.
Kursda dərsləri cədvəli hansı formada qurulur?
Kursumuzda dərs cədvəlləri tələbələrin öz gündəlik rejimlərinə uyğun formada qurulur.
Hansı yaş aralığında olan uşaqlar Uşaqlar üçün ingilis dili dərslərində iştirak edə bilərlər?
Uşaqlar üçün ingilis dili proqramına müraciət 6-11 yaş aralığıdır.
Ümumi ingilis dili dərslərinə daxil olan proqram paketinə nələr daxildir?
Ümumi ingilis dili dərsləri paketinə Standart və İntensiv dil dərsləri daxildir.
Onlayn ingilis dili dərsləri həftədə neçə dəfə keçirilir?
Onlayn ingilis dili dərsləri həftədə 2 dəfə, 1.5 saat olmaqla keçirilir.
Kursda iştirak etmək üçün keçirilən sınaq imtahanı ödənişlidirmi?
Xeyr. Kursumuza müraciət edən tələbələrin dil səviyyəsini müəyyən etmək üçün keçirilən sınaq səviyyə testi ödənişsizdir.
Hər dil səviyyəsi üzrə dil biliklərinin yoxlanılması üçün sınaq imtahanları keçirilirmi?
Bəli. Kursumuzda hər dil səviyyəsinin yoxlanılması üçün Midcourse/ Final exam həyata keçirilir.
Kursunuz saat neçəyə kimi fəaliyyəti göstərir?
Kursumuz həftənin 6 günü saat 9:00- 21:00 aralığında fəaliyyət göstərir.
İntensiv ingilis dili dərsləri həftədə neçə dəfə keçirilir?
İntensiv ingilis dili dərsləri həftədə 5 dəfə hər biri 2 saat olmaqla təşkil olunur.