Kursumuz tərəfindən tədris olunan ümumi ingilis dili dərsləri fərdi və qrup şəklində keçirilir. İstəyinizə uyğun olaraq iki formatdan birini seçə bilərsiniz. Əgər fərdi dərslərdə iştirak etsəniz, bir sıra üstünlüklər əldə edəcəksiniz:

✓ Hər biri 90 dəqiqəlik dərs boyu dərs otağında yalnız müəllim və Siz olduğunuzdan, dərs vaxtı istədiyiniz bütün sualları soruşa biləcək, müəllimlə birbaşa müzakirələr aparacaqsınız.

✓ Fərdi dərslərdə müəllim tələbənin ingilis dili potensialını qrup dərslərinə nisbətən daha qısa zamanda aşkarlayır, ona bilik və bacarığına uyğun fərdi dərs proqramı təşkil edir.

✓ Bir çoxlarının öz qrup yoldaşlarının yanında ingilis dilində danışarkən çəkindiyini nəzərə alsaq, fərdi dərslərdə çəkinmədən rahatca danışacaq, səhv etməkdən qorxmayacaqsınız.

✓ Fərdi dərslərdə müəllim bütün diqqətini bir tələbənin üzərində rahatca cəmləyə bilir, tələbə isə ikitərəfli dialoqlarda özünü rahat ifadə edir.

FƏRDİ DƏRSLƏR

Kurs proqramına daxildir:

✓ Ödənişsiz ingilis dili səviyyə testi (Free placement test)

✓ Həftədə 2 dəfə hər biri 90 dəqiqəlik dərslər

✓ Dərslərin gedişatıyla əvvəlcədən tanış olmaq üçün “DEMO” dərsdə iştirak imkanı

✓ Həftəsonları kino günlərində iştirak (movie days)

✓ Hər bir səviyyə üzrə biliklərin yoxlanılması üçün Midcourse&Final exam

✓ Hər dil səviyyəni uğurla başa vurduqdan sonra sertifikat əldə etmək

Əgər qrupdaxilində olmaqdan çox fərdi vəziyyətlərə üstünlük verirsinizsə, Sizlər üçün təşkil etdiyimiz  fərdi ingilis dili dərslərimizə qoşulun

Ən Çox Soruşulan Suallar

Kursunuzda təqdim edilən dil xidmətlərinə nələr daxildir?

Kursumuzuda  təqdim  edilən dil xidmətlərinə ümumi ingilis dili, uşaqlar üçü ingilis dili, korporativ ingilis dili, onlayn ingilis dili, fərdi, qrup, intensiv ingilis dili xidmətləri daxildir.

Fərdi dərslər həftədə neçə dəfə təşkil olunur?

Midcourse/Final exam

Fərdi dərslər həftədə 2 dəfə 90 dəqiqə olmaqla həyata keçirilir.

Kursda dərsləri cədvəli hansı formada qurulur?

Kursumuzda  dərs cədvəlləri tələbələrin öz gündəlik rejimlərinə uyğun formada qurulur.

Hansı yaş aralığında olan uşaqlar Uşaqlar üçün ingilis dili dərslərində iştirak edə bilərlər?

Uşaqlar üçün ingilis dili proqramına müraciət 6-11 yaş aralığıdır.

Ümumi ingilis dili dərslərinə daxil olan proqram paketinə nələr daxildir?

Ümumi ingilis dili dərsləri paketinə Standart və İntensiv dil dərsləri daxildir.

Onlayn ingilis dili dərsləri həftədə neçə dəfə keçirilir?

Onlayn ingilis dili  dərsləri həftədə 2 dəfə, 1.5 saat  olmaqla keçirilir.

Kursda iştirak etmək üçün keçirilən sınaq imtahanı ödənişlidirmi?

Xeyr. Kursumuza müraciət edən tələbələrin dil səviyyəsini müəyyən  etmək üçün keçirilən sınaq səviyyə testi ödənişsizdir.

Hər dil səviyyəsi üzrə dil biliklərinin yoxlanılması üçün sınaq imtahanları keçirilirmi?

Bəli. Kursumuzda  hər dil səviyyəsinin yoxlanılması üçün Midcourse/ Final exam həyata keçirilir.

Kursunuz saat neçəyə kimi fəaliyyəti göstərir?

Kursumuz həftənin 6 günü saat 9:00- 21:00 aralığında  fəaliyyət göstərir.

İntensiv ingilis dili dərsləri həftədə neçə dəfə keçirilir?

İntensiv  ingilis dili dərsləri həftədə 5 dəfə hər biri  2 saat olmaqla  təşkil olunur.

Bir cavab yazın