Bakida en yaxsi ingilis dili kurslari hesab olunan mərkəzimizdə General English kursu ingilis dilini öyrənmək üçün lazım olan 4 əsas bacarıq – dinləmə, oxuma, yazma, danışma üzrə biliklərin aşılanması və möhkəmləndirilməsi istiqamətində tədris edilir. Kursumuza müraciət edən tələbələr əvvəlcə ingilis dilində hansı səviyyədə olduqlarını aşkarlamaq məqsədilə pulsuz səviyyə testinə cəlb olunurlar (Free placement test). Bundan sonra müəllimlərimiz həmin tələbələrlə ilkin ünsiyyətə girərək, dil öyrənmə cəhətdən onların istəklərin, gözləntilərin müəyyənləşdirir, fərdi və qrup şəklində dərslər təşkil olunur, tələbələrin potensiallarına, bacarıqlarına uyğun interaktiv dərslər keçirilir, tapşırıqlar verilir və hər dil səviyyəsinin sonunda “səviyyə keçid imtahanı” təşkil olunur. Hər bir tələbə bu imtahanları verərək öyrəndikləri dil səviyyəsini həqiqətən mənimsədiklərini dəqiqləşdirirlər, daha sonra növbəti səviyyəni əldə etmək üçün dərslərə davam edə bilərlər. Hər dil səviyyəsini tamamladıqdan sonra tələbələrə sertifikiatlar təqdim edilir.
Müəllim-mütəxəssis heyətimiz çalışır ki, tələbələr ingilis dilini sevərək, maraqlı və sürətli şəkildə öyrənsinlər, ingilis dilində özlərini rahat ifadə edə, çəkinmədən ünsiyyətə daxil ola bilsinlər. Bu məqsədlə tələbələrimizə gündəlik danışıq qaydalarına uyğun ingilis dilində lüğət, qısa qrammatik bilgilər öyrədilir. Hər həftəsonu danışıq klubları təşkil edilir və müxtəlif maraqlı mövzularda tələbələrlə qarşılıqlı müzakirələr aparılır.
İngilis dili proqramı üzrə səviyyələrin keçilməsi tələbələrin xarici dil potensiallarından, öyrənmək göstərəcəyləri səydən və öyrənmə sürətindən asılı olaraq müəyyən zaman tələb edir:
✓ Hər biri 90 dəqiqəlik dərs boyu dərs otağında yalnız müəllim və Siz olduğunuzdan, dərs vaxtı istədiyiniz bütün sualları soruşa biləcək, müəllimlə birbaşa müzakirələr aparacaqsınız.
✓ Fərdi dərslərdə müəllim tələbənin ingilis dili potensialını qrup dərslərinə nisbətən daha qısa zamanda aşkarlayır, ona bilik və bacarığına uyğun fərdi dərs proqramı təşkil edir.
✓ Bir çoxlarının öz qrup yoldaşlarının yanında ingilis dilində danışarkən çəkindiyini nəzərə alsaq, fərdi dərslərdə çəkinmədən rahatca danışacaq, səhv etməkdən qorxmayacaqsınız.
✓ Fərdi dərslərdə müəllim bütün diqqətini bir tələbənin üzərində rahatca cəmləyə bilir, tələbə isə ikitərəfli dialoqlarda özünü rahat ifadə edir.
✓ Qrup dərslərində müəllimdən əlavə minimum 2 tələbə iştirak etdiyindən, ünsiyyət bacarıqlarınızı kurs boyunca inkişaf etdirəcəksiniz.
✓ Qrup iştirakçıları müxtəlif ingilis dili potensialında olduğu üçün dərs boyu müzakirələr, sual-cavab edərkən qarşılıqlı şəkildə biliklərinizi artıracaq, bilmədiklərinizi birlikdə öyrənəcəksiniz.