Öyrəndiyiniz yeni sözlərin hamısını qeyd edin.
Bu klassik tövsiyədir. Çünki işə yarayır. Yeni söz öyrənməkdən o qədər xoşumuz gəlir ki, o sözü heç vaxt unutmayacağımızı düşünürük. Ancaq əmin olun ki, bütün sözlər ilk dəfədən ağlımızda qalmır. Hətta qalsa belə, zaman keçdikcə mütləq şəkildə unudulur. Bunun qarşısına keçmək üçün yanınızda qeydlər apardığınız dəftər saxlayın və ya əgər dəftər gəzdirmək çox da xoşunuza gəlmirsə, o zaman Evernote kimi proqramlardan istifadə edə bilərsiniz.
İnsanlarla real həyatda ünsiyyət qurun.
Əgər ünsiyyət qurmaq üçün istifadə etməyəcəksinizsə, o zaman dil nə işə yarayacaq ki? Təbii ki, WhatsApp sayəsində ağzımızı açmadan ünsiyyət qurma mövzusunda artıq mütəxəssisləşmişik. Ancaq hər hansı bir dili danışmaq, o dildə yazılmış yazıları oxumaqdan və ya həmin dildə yazılar yazmaqdan daha faydalıdır.
Dil öyrənənlərin yarısından çoxu “başa düşürəm, amma danışa bilmirəm” deyənlərdir. İngilis dilində danışmaq və sürətli formada İngilis dilində öyrənmə istəyi olan çox sayda insanların çoxu ilk uğursuzluqda, öyrənməyi bir kənara qoyurlar. Onlardan biri olmayın. Ana dili İngilis dili olan və sadəcə söhbət edə biləcəyiniz insanları axtarın, bir kursa yazılın və ya internetdən dərslər alın.