Yaşadığımız dövrdə təhsil sistemi, iş dünyası sürətlə inkişaf edir. Azad bazar iqtisadiyyatı şəaratində yeni-yeni şirkətlər yaranır, biznes münasibətləri genişlənir, müştəri tələbləri durmadan dəyişir. Qloballaşan iqtisadiyyat sərhəd tanımır, bir çox korporosiyaların  adi və korporativ  müştəriləri xarici ölkələrdən olur, nəticədə biznes əlaqələri lokal xarakterdən  qlobal xüsusiyyət alır. Bu mənada şirkətlərin əsas resursu olan işçi heyətinin təhsili və  inkişafı hər zaman öncül məqsəd olmalıdır. Buna görə də işçilərin xarici dil biliklərinin artırılması, şəxsi və peşə bacarıqlarının inkişafı gərəklidir.  Əgər hansısa şirkətdə işləyirsinizsə, yaxud karyera həyatına  başlamaq istəyirsinizsə, iş üçün əsas tələb olan karyerayönümlü ingilis dilini  öyrənmək üçün tədris mərkəzimiz tərəfindən təqdim edilən “Korporativ İngilis dili” kursumuza qatılın.

ingilis-korporativ

Niyə bu kursda iştirak etməliyəm?

✓ Korporativ ingilis dili biznes-iş dünyasına qədəm qoyan və karyera qurmaq yolunda irəliləyən hər bir şəsxs üçün lazımdır.

✓ Dərs deyən müəllimlərimiz biznes ingilis dilinin tədrisi üzrə ixtisaslaşmış mütəxəssislərdir.

✓ Dərslər qısa nəzəri biliklərin öyrədilməsiylə bərabər, əsasən praktika yönümlü tərzdə aparılır.

Kurs proqramın müddəti   2-12 ay arası  təşkil edir.

Tədris proqramında iştirak etmək üçün tələb olunan minimum  ingilis dili səviyyəsi – “İMTERMEDİATE” –dir.

Whatsappda Bizə Yaz Sualına İndi Cavab Al

Kurs proqramının strukturu  aşağıdakı kimidir:

✓ Ödənişsiz ingilis dili səviyyə testi (Free placement test)

✓ Hər biri 60 dəqiqəlik (1 saat) olan dərslər

✓ Hər həftəsonu xarici müəllimlə “Free conversation club” (fərqli və maraqlı mövzularda)

✓ 09.00-21.00 vaxtı aralığında öz qrafikinizə uyğun dərs saatları seçmə imkanı

✓ Fərdi və yaxud qrup şəklində dərs proqramı

✓ Qeydiyyatdan əvvəl DEMO dərsdə (proqramın formatın göstərən qısa müddətli dərs) iştirak

✓ Audio və video dərsliklərdən,resurslardan istifadə

✓ Mərkəzin texniki avadanlıqlarından istifadə

✓ Xüsusi dinləmə və oxu otağından istifadə

Kurs proqramının gedişatı necə olacaq?

Əvvəlcə kursda iştirak etmək istəyən şəxslər proqrama qoşulmaq üçün müraciət edirlər. Dərslər  həftədə 2-3 dəfə olmaqla tələbələrin  gündəlik rejimlərinə uyğun saatlarda təşkil edilir.  Dərslərin müddəti 1 saat  çəkir və  istəyə uyğun olaraq fərdi və ya  qrup şəklində olur. Tələbələr kurs proqramıyla əvvəlcədən tanış olmaq istəsələr, “DEMO” dərsdə iştirak edə bilərlər. Dərslər interaktiv formada, əsasən danışıq və müzakirələr formatında keçirilir. Dərslərdən əlavə hər həftəsonu xarici müəllimlə “Free conversation club”  təşkil olunur. Ayrıca tələbələr mərkəzimizin xüsusi dinləmə və oxu otağından yararlana, texniki avadanlıqlardan (komputer,proyektor və s.), audio-video  resurlardan istifadə edə bilərlər. Kurs proqramını bitirdikdən sonra hər bir tələbəyə kursu uğurla bitirməsi məqsədiylə sertifikat təqdim olunur.

Yeni iş sferalarını yarandığı və karyera tələblərinin mürəkkbələşdiyi müasir biznes dünyasında  rəqabətədavamlı kadr olmaq istəyirsinizsə, Biznes ingilis dili dərslərimizə qoşulun.

Ən Çox Soruşulan Suallar

Kursunuzda təqdim edilən dil xidmətlərinə nələr daxildir?

Kursumuzuda  təqdim  edilən dil xidmətlərinə ümumi ingilis dili, uşaqlar üçü ingilis dili, korporativ ingilis dili, onlayn ingilis dili, fərdi, qrup, intensiv ingilis dili xidmətləri daxildir.

Fərdi dərslər həftədə neçə dəfə təşkil olunur?

Midcourse/Final exam

Fərdi dərslər həftədə 2 dəfə 90 dəqiqə olmaqla həyata keçirilir.

Kursda dərsləri cədvəli hansı formada qurulur?

Kursumuzda  dərs cədvəlləri tələbələrin öz gündəlik rejimlərinə uyğun formada qurulur.

Hansı yaş aralığında olan uşaqlar Uşaqlar üçün ingilis dili dərslərində iştirak edə bilərlər?

Uşaqlar üçün ingilis dili proqramına müraciət 6-11 yaş aralığıdır.

Ümumi ingilis dili dərslərinə daxil olan proqram paketinə nələr daxildir?

Ümumi ingilis dili dərsləri paketinə Standart və İntensiv dil dərsləri daxildir.

Onlayn ingilis dili dərsləri həftədə neçə dəfə keçirilir?

Onlayn ingilis dili  dərsləri həftədə 2 dəfə, 1.5 saat  olmaqla keçirilir.

Kursda iştirak etmək üçün keçirilən sınaq imtahanı ödənişlidirmi?

Xeyr. Kursumuza müraciət edən tələbələrin dil səviyyəsini müəyyən  etmək üçün keçirilən sınaq səviyyə testi ödənişsizdir.

Hər dil səviyyəsi üzrə dil biliklərinin yoxlanılması üçün sınaq imtahanları keçirilirmi?

Bəli. Kursumuzda  hər dil səviyyəsinin yoxlanılması üçün Midcourse/ Final exam həyata keçirilir.

Kursunuz saat neçəyə kimi fəaliyyəti göstərir?

Kursumuz həftənin 6 günü saat 9:00- 21:00 aralığında  fəaliyyət göstərir.

İntensiv ingilis dili dərsləri həftədə neçə dəfə keçirilir?

İntensiv  ingilis dili dərsləri həftədə 5 dəfə hər biri  2 saat olmaqla  təşkil olunur.

Bir cavab yazın