Hər bir ailənin gələcəyi olan övladların inkişafı   valideynlərin  ən çox diqqət yetirdiyi nüanslardandır. İstər fizioloji, istər psixoloji, istərsə də sosial cəhətdən  kifayət qədər normal inkişaf edən uşaqlar  böyüyəndən sonra  təhsil və iş həyatında bir çox uğurlar əldə edir.  Şəxsi inkişafın  psixologiya və ünsiyyət qurmaqdan başladığını  yaxşı anlayan valideynlər öz övladlarının inkişafını məktəb, hətta bağça yaşlarından təmin etməyə çalışırlar.

Hazırki zamanda hər bir insanın  şəxsi inkişafı üçün əsas tələb xarici dil biliklərinin olmasıdır. Əksəriyyətimiz xarici dil, xüsusən ingilis dili  öyrənməyə tələbəlik müddətində başlayırıq,  ancaq öncəki illərdən, daha dəqiq desək, uşaq yaşlarından öz yaşımıza uyğun dil kurslarına gedərək  ingilis dilini öyrənməyə başlasaq, yaşımız artdıqca, ingilis dilini tamamilə mənimsəyə, zamanla sərbəst və maneəsiz  şəkildə danışa bilərik.

Uşaqlar üçün ingilis dili

Uşaq yaşlarında ingilis dili öyrənməyin nə kimi üstünlükləri var?

✓ Uşaqlıq illəri, həyatı yenicə anlamağa başlanan dövrdür. Beynimiz öyrənməyə aşırı həvəs göstərdiyindən uşaqlıqdan ingilis dilini ana dilimizi necə öyrənmişiksə, o tərzdə maraqla, sevərək öyrənmək mümkündür.

✓ Uşaq yaşlarında həyata dair məsuliyyətlərimiz azdır və bu əsasdan ingilis dilini öyrənməyə gənclik yaşlarında yanaşdığımız “ağır və əldə edilməsi çox çətin” iş kimi yox, danışıb ünsiyyət qura bilmək məqsədilə sevə-sevə öyrənə bilərik.

✓ Cəmiyyət həyatına yenicə qədəm qoyduğumuz üçün utanmaq, çəkinmək kimi sosial-psixoloji hisslər bizə nisbətən yad olur. Ona görə də uşaqlıq coşğumuz ilə ingilis dilində özümüzə heç bir baryer qoymadan, qorxusuz bir şəkildə danışa, dili mənimsəyə bilərik.

 

Əziz valideynlər, övladlarınızın xarici dili gərəkli olan yaşda sevərək öyrənməyini istəyirsinizsə,  Uşaqlar üçün İngilis dili kursumuza (English for kids) müraciət edin.

Kimlər kursumuzda iştirak edə bilər?

Kurs proqramında iştirak üçün keçərli yaş qrupu 6-11 arasıdır. Bu yaş  aralığında övladınız varsa, buyurub müraciət edə bilərsiniz. Ayrıca, Kurs proqramı ərzində uşaqlara  A1-dən (Beginner)  C1-ə (Advanced) qədər bütün ingilis dili səviyyələrinin  tədrisi həyata keçirilir.

Kurs paketinə nələr daxildir?

Uşaqlar üçün İngilis dili dərslərimiz xarici dil öyrənmək üçün gərəkli 4 bacarıq olan – dinləmə, yazma, oxuma, danışma üzrə biliklərin aşılanması və praktiki vərdişlərlə möhkəmləndirilməsi istiqamətində tədris edilir.  Dərslər həftədə 3 dəfə olmaqla hər biri 90 dəqiqəlik vaxt aralığında olur. Peşəkar müəllimlərimiz  kursumuzunun iştirakçısı  olan uşaqlarla dərs boyu  qarşılıqlı ünsiyyətdə olur, yeni keçilən mövzunu anlaşıqlı şəkildə izah edir, uşaqların potensiallarına uyğun kiçikhəcmli, maraqdolu ev tapşırıqları verirlər. Hər həftəsonu uşaqlarla birlikdə Cartoon days (multfilm günləri) və danışıq klubları təşkil olunur. Uşaqların ingilis dili biliyinə və maraq dairələrinə uyğun olan bu cür əhəmiyyətli addımlar onların dərslərdən öyrəndikləri bilikləri praktika etməklə effektiv şəkildə mənimsəmələrinə yardım edir.  Hər əldə olunan  ingilis dili səviyyəsinin sonunda  imtahanlar təşkil olunur, imtahanı uğurla keçdikdə  balaca tələbələrimizə sertfikiatlar təqdim edilir  və göstərdikləri imtahan nəticələrinə  uyğun olaraq növbəti pillə üçün dərslərə davam edilir.

Niyə övladım bu kursda iştirak etməlidir?

✓ Kursumuz “English for Kids” üzrə beynəlxalq tədris standartlarına əsaslanan dəsrlər şəklində keçirilir.

✓ Peşəkar müəllim heyətimiz həm ingilis dilinin tədrisi, həm də istənilən yaş qrupları üzrə gərəkli “uşaq psixologiyası” biliklərinə malikdir.

✓ Keçirilən dərslər ərzində nəzəri biliklərin aşılanmasıyla praktiki vərdişlər də aşılanır. Belə ki, dərs ərzində aparılan müzakirələrdə, həftəsonu təşkil edilən danışıq klubları və multfilm günlərində əldə olunan nəzəri biliklər praktiki şəkildə möhkəmləndirilir.

Övladlarınızın şəxsi inkişafını bizə əmanət edin. Onların uğurlu gələcəkləri üçün lazım olan hər şeyi sevə-sevə edək.

Elə indi müraciət edin.

 

Ən Çox Soruşulan Suallar

Kursunuzda təqdim edilən dil xidmətlərinə nələr daxildir?

Kursumuzuda  təqdim  edilən dil xidmətlərinə ümumi ingilis dili, uşaqlar üçü ingilis dili, korporativ ingilis dili, onlayn ingilis dili, fərdi, qrup, intensiv ingilis dili xidmətləri daxildir.

Fərdi dərslər həftədə neçə dəfə təşkil olunur?

Midcourse/Final exam

Fərdi dərslər həftədə 2 dəfə 90 dəqiqə olmaqla həyata keçirilir.

Kursda dərsləri cədvəli hansı formada qurulur?

Kursumuzda  dərs cədvəlləri tələbələrin öz gündəlik rejimlərinə uyğun formada qurulur.

Hansı yaş aralığında olan uşaqlar Uşaqlar üçün ingilis dili dərslərində iştirak edə bilərlər?

Uşaqlar üçün ingilis dili proqramına müraciət 6-11 yaş aralığıdır.

Ümumi ingilis dili dərslərinə daxil olan proqram paketinə nələr daxildir?

Ümumi ingilis dili dərsləri paketinə Standart və İntensiv dil dərsləri daxildir.

Onlayn ingilis dili dərsləri həftədə neçə dəfə keçirilir?

Onlayn ingilis dili  dərsləri həftədə 2 dəfə, 1.5 saat  olmaqla keçirilir.

Kursda iştirak etmək üçün keçirilən sınaq imtahanı ödənişlidirmi?

Xeyr. Kursumuza müraciət edən tələbələrin dil səviyyəsini müəyyən  etmək üçün keçirilən sınaq səviyyə testi ödənişsizdir.

Hər dil səviyyəsi üzrə dil biliklərinin yoxlanılması üçün sınaq imtahanları keçirilirmi?

Bəli. Kursumuzda  hər dil səviyyəsinin yoxlanılması üçün Midcourse/ Final exam həyata keçirilir.

Kursunuz saat neçəyə kimi fəaliyyəti göstərir?

Kursumuz həftənin 6 günü saat 9:00- 21:00 aralığında  fəaliyyət göstərir.

İntensiv ingilis dili dərsləri həftədə neçə dəfə keçirilir?

İntensiv  ingilis dili dərsləri həftədə 5 dəfə hər biri  2 saat olmaqla  təşkil olunur.

Bir cavab yazın